Bu ziyarətnamə İmam Rzanın (ə.s) Qum şəhərində olan bacısı Həzrəti Məsumənin (s.ə) ziyarətnaməsidir ki, bu əhəmiyyəti və fəzilətinə dəlalət edən çox dəyərli və mötəbər ziyarətnaməni Mərhum Əllamə Məclisi öz şah əsəri "Biharul-Ənvar" kitabının 102-ci cildi, səhifə 266-da oxucularına təqdim etmişdir. Bu ziyarətnamə həmçinin, Xanım Məsumənin (s.ə) bacısı olan Həkimə xanımı da (s.ə) ziyarət edərkən rəca (savab əldə etmək) qəsdi ilə oxunulur. Ziyarət edənlər bu qəsd ilə oxuya bilərlər.
Bibiheybət ziyarət edərkən oxunan ziyarətnamə!
Üzü qibləyə o həzrətin başı önündə dayan, 34 dəfə təkbir (Allahu Əkbər), 33 Sübhanəllah və 33 dəfə Əlhəmdulillah deyərək Allah Taalaya həmd etdikdən sonra de:
Əssəlamu əla Adəmə, Səfvətillah
السَّلامُ عَـلى آدَمَ صَـفْوَةِ اللهِ
Salam olsun Allahın seçilmişi Adəmə!
Əssəlamu əla Nuhin, Nəbiyyillah
السَّلامُ عَلى نوُح نَبِىِّ اللهِ
Salam olsun Allahın nəbisi Nuha!
Əssəlamu əla İbrahimə, Xəlilillah
السَّلامُ عَلى اِبْراهيمَ خَليلِ اللهِ
Salam olsun Allahın dostu İbrahimə!
Əssəlamu əla Musa, Kəlimillah
السَّلامُ عَلى موُسى كَليمِ اللهِ
Salam olsun Allahın həmsöhbəti Musaya!
Əsəlamu əla İsa, Ruhillah
السَّلامُ عَلى عيِسىَ روُحِ اللهِ
Salam olsun Allahın ruhu İsaya!
Əssəlamu ələykə ya Rəsuləllah
السَّلامُ عَلَيْكَ يا رسول اللهِ
Salam olsun sənə, ey Allahın Rəsulu!
Əssəlamu ələykə ya Xəyrə xəlqillah
السَّلامُ عَلَيْكَ يا خَيْرَ خَلْقَ اللهِ
Salam olsun sənə, ey məxluqatın ən xeyirlisi!
Əssəlamu ələykə ya Səfiyyəllah
السَّلامُ عَلَيْكَ يا صَفِىَّ اللهِ
Salam olsun sənə, ey Allahın seçilmişi!
Əssəlamu ələykə ya Muhəmmədəbnə Əbdillahi, Xatəmən-nəbiyyin
السَّلامُ عَلَيْكَ يا مُحَمّدَ بْنَ عَبْدِ اللهِ خاتَمَ النَّبِيّينَ
Salam olsun sənə, ey peyğəmbərlərin sonuncusu Abdullah oğlu Mühəmməd!
Əssəlamu ələykə ya Əmirəl-mu'minin, Əliyyəbnə Əbi Talib, vəsiyyə Rəsulillah
السَّلامُ عَلَيْكَ يا اَميرَ الْمُؤْمِنينَ عَلىَّ بْنَ اَبى طالِب وَصِىَّ رَسوُلِ اللهِ
Salam olsun sənə, ey Rəsulallahın vəsisi, Əbu Talibin oğlu Əmirəl-möminin Əli!
Əssəlamu ələyki ya Fatimə, Səyyidətə-nisail-aləmin
السَّلامُ عَلَيْكِ يا فاطِمَةُ سَيِّدَةَ نِساءِ الْعالَمينَ
Salam olsun sənə, ey aləmlərdə xanımlar Xanımı, Fatimə!
Əssəlamu ələykuma ya Sibtəy-nəbiyyir-rəhməti və Səyyidəy-şəbabi əhlil-cənnəh
السَّلامُ عَلَيْكُما يا سِبْطَىْ نَبِىِّ الرَّحْمَةِ وَ سَيِّدَىْ شَبابِ أَهْلِ الْجَنَّةِ
Salam olsun sizə, ey Mərhəmətli Peyğəmbərinin iki nəvəsi və Cənnət cavanlarının ağası (Ey Həsən və ey Hüseyn)!
Əssəlamu ələykə ya Əliyyəbnəl-Husəyn, Səyyidəl-abidinə və Qurrətə əynin-nazirin
السَّلامُ عَلَيْكَ يا عَلِىَّ بْنَ الْحُسَيْنِ سَيِّدَ الْعابِدينَ وَ قُرَّةَ عَيْنِ النّاظِرِينَ
Salam olsun sənə, ey bəsirət əhlinin gözünün nuru, ibadət edənlərin ağası, Hüseyn oğlu Əli!
Əssəlamu ələykə ya Muhəmmədəbnə Əli, Baqirəl-ilmi bə'dən-Nəbiyy
السَّلامُ عَلَيْكَ يا مُحَمَّدَ بْنَ عَلِىٍّ باقِرَ الْعِلْمِ بَعْدَ النَّبِىِّ
Salam olsun sənə, ey Peyğəmbərdən sonra elmin incəliklərinə varan Əli oğlu Mühəmməd!
Əssəlamu ələykə ya Cə'fərəbnə Muhəmməd, əs-Sadiq-əl-Barr-əl-Əmin
السَّلامُ عَلَيْكَ يا جَعْفَرَ بْنَ مُحَمَّد الصّادِقَ الْبارَّ الْامينَ
Salam olsun sənə, ey gözəl əmanətdar, sədaqət təcəllisi Mühəmməd oğlu Cəfər!
Əssəlamu ələykə ya Musəbnə Cə'fə, ət-Tahir-ət-Tuhr
السَّلامُ عَلَيْكَ يا موُسَى بْنَ جَعْفَر الّطّاهِرَ الطُّهْرَ
Salam olsun sənə, ey pak və mutəhhər ruhlu Cəfər oğlu Musa!
Əssəlamu ələykə ya Əliyyəbnə Musa, ər-Riza-əl-Murtəza
السَّلامُ عَلَيْكَ يا عَلِىِّ بْنَ موُسَى الرِّضَا الْمُرْتَضى
Salam olsun sənə, ey Tanrıdan razı və Tanrısı ondan razı Musa oğlu Əli!
Əssəlamu ələykə ya Muhəmmədnə Əli, ət-Təqiyy
السَّلامُ عَلَيْكَ يا مُحَمَّدَ بْنَ عَلِى التَّقِىَّ
Salam olsun sənə, ey təqva sahibi Əli oğlu Mühəmməd!
Əssəlamu ələykə ya Əliyyəbnə Muhəmməd, ən-Nəqiyy-ən-Nasih-əl-Əmin
السَّلامُ عَلَيْكَ يا عَلِىِّ بْنَ مُحَمَّد النَّقِىَّ النّاصِحَ الْأَمينَ
Salam olsun sənə, ey pak, xeyirxah, əmanətdar Mühəmməd oğlu Əli!
Əssəlamu ələykə ya Həsənəbnə Əliyy
السَّلامُ عَلَيْكَ يا حَسَنَ بْنَ عَلِىٍّ
Salam olsun sənə, ey Əli oğlu Həsən!
Əssəlamu ələl-Vəsiyyi min bə'dih
السَّلامُ عَلَى الْوَصِىِّ مِنْ بَعْدِه
Salam olsun ondan sonrakı Vəsiyə (İmama)!
Əllahummə səlli əla nurikə və siracikə və vəliyyi vəliyyikə və vəsiyyi vəsiyyikə və huccətikə əla xəlqikə
اَللّهُمَّ صَلِّ عَلى نُورِكَ وَ سِراجِكَ وَ وَلِىِّ وَلِيِّكَ وَ وَصِىِّ وَصِيِّكَ وَ حُجَّتِكَ عَلى خَلْقِكَ
İlahi, Öz salavatını Öz nuruna və (hidayət) çırağına, Öz vəliyyinin vəlisinə, Öz Vəsiyyinin vəsisinə və Öz bəndələrinin arasında olan höccətinə göndər!
Əssəlamu ələyki ya bintə Rəsulillah
السَّلامُ عَلَيْكِ يا بِنْتَ رَسوُلِ اللّه
Salam olsun sənə, ey Allah Rəsulunun qızı!
Əssəlamu ələyki ya bintə Fatimətə və Xədicə
السَّلامُ عَلَيْكِ يا بِنْتَ فاطِمَةَ وَ خَديجَةَ
Salam olsun sənə, ey Fatimə və Xədicənin qızı!
Əssəlamu ələyki ya bintə Əmiril-mu'minin
السَّلامُ عَلَيْكِ يا بِنْتَ اَميرِ الْمُؤْمِنينَ
Salam olsun sənə, ey Əmirəl-mömininin qızı!
Əssəlamu-ələyki ya bintəl-Həsəni vəl-Husəyn
السَّلامُ عَلَيْكِ يا بِنْتَ الْحَسَنِ وَ الْحُسَيْنِ
Salam olsun sənə, ey Həsən və Hüseynin qızı!
Əssəlamu ələyki ya bintə Vəliyyillah
السَّلامُ عَلَيْكِ يا بِنْتَ وَلِىِّ اللهِ
Salam olsun sənə, ey Allah vəlisinin qızı!
Əssəlamu ələyki ya uxtə Vəliyyillah
السَّلامُ عَلَيْكِ يا اُخْتَ وَلِىِّ اللهِ
Salam olsun sənə, ey Allah vəlisinin bacısı!
Əssəlamu ələyki ya əmmətə Vəliyyillah
السَّلامُ عَلَيْكِ يا عَمَّةَ وَلِىِّ اللهِ
Salam olsun sənə, ey Allah vəlisinin bibisi!
Əssəlamu ələyki ya bintə Musəbni Cə'fər, və rəhmətullahi və bərəkatuh
السَّلامُ عَلَيْكِ يا بِنْتَ موُسَى بْنِ جَعْفَر وَ رَحْمَةُ اللهِ وَ بَرَكاتُهُ
Salam olsun sənə, ey Cəfər oğlu Musanın qızı! Allahın rəhməti və bərəkəti olsun sənə!
Əssəlamu ələyki ərrəfəllahu bəynəna və bəynəkum fil-cənnəti və həşərəna fi zumrətikum və əvrədəna həvzə Nəbiyyukum və səqana bikə'si cəddikum min yədi Əliyyibni Əbi Talib, sələvatullahi ələykum
السَّلامُ عَلَيْك ِعَرَّفَ اللّهُ بَيْنَنا وَ بَيْنَكُمْ فِى الْجَنَّة ِوَ حَشَرَنا فى زُمْرَتِكُمْ وَ أَوَرَدْنا حَوْضَ نَبِيِّكُمْ وَ سَقانا بِكَأْسِ جَدِّكُمْ مِنْ يَد عَلِى ِّ بْنِ اَبى طالِب صَلَواتُ اللّه عَلَيْكُمْ
Salam olsun sənə, Allah Cənnətdə bizi sizə tanıtsın və bizi sizin zümrədə məhşur etsin, Peyğəmbərimizin (s) hovuzuna (Kövsərə) daxil etsin və Cəddinizin camları ilə Əli ibni Əbu Talibin əli ilə sirab etsin. Allahın salavatı olsun sizə.
Əs'əlullahə ən yuriyəna fikumus-sururə vəl-fərəc, və ən yəcməəna və iyyakum fi zumrəti cəddikum Muhəmməd, səlləllahu ələyhi və alih, və ən la yəslubəna mə'rifətəkum, innəhu Vəliyyun Qədir
أَسْئَلُ اللّه أَنْ يُرِيَنا فيكُمُ السُّروُرَ وَ الْفَرَجَ وَ أَنْ يَجْمَعَنا وَ إِيّاكُمْ فى زُمْرَةِ جَدِّكُمْ مُحَمَّد صَلَّى اللّهُ عَلَيْهِ وَ آلِه ِوَ أَنْ لا يَسْلُبَنا مَعْرفَتَكُمْ إِنَّهُ وَلِىِّ قَديرٌ
Allahdan istəyirəm ki, siz Əhli-beytin sevinc və fərəcini bizə göstərsin, bizi və sizi babanız Hz. Mühəmmədin (s) zümrəsində cəm etsin, sizin mərifətinizi bizdən almasın. Həqiqətən, o bizim ixtiyar sahibimiz və hər şeyə qadirdir.
Ətəqərrəbu iləllahi bihubbikum vəl-bəraəti min ə'daikum, vəttəslimi iləllahi raziyən bihi ğəyrə munkirin və la mustəkbirin, və 'əla yəqini ma əta bihi Muhəmmədun və bihi razin, nətlubu bizalikə vəchəkə ya Səyyidi!
أَتَقَرَّبُ إِلَى اللهِ بِحُبِّكُمْ وَ الْبَرإَةِ مِنْ أَعْدائِكُمْ وَ التَّسْلِيمِ إِلَى اللّه رَاضِياً بِهِ غَيْرَ مُنْكِر وَ لا مُسْتَكْبِرٍ وَ عَلى يَقينِ ما أَتى بِهِ مَحَمَّدٌ وَ بِهَ راض نَطْلُبُ بِذلِكَ وَجْهِكَ يا سَيِّدى
Mən sizə məhəbbət bəsləmək və düşmənlərinizdən uzaqlaşıb onlara nifrət etməklə, Allaha yaxınlaşıram, eləcə də Allaha təslim olub, Ondan razı qalmaqla, heç nəyi inkar etməyib heç bir vaxt təkəbbür göstərmədən həzrət Mühəmmədin (s) gətirdiklərinə yəqin edib Onunla razılaşmaqla.
Əllahummə və rizakə vəd-darəl-axirəh
اَللّهُمَّ وَ رِضاكَ وَ الدّارَ الْآخِرَةِ
Ey mənim mövlam, böyüyüm, mən bunlarla Sənin görüşünü, razılığını və axirət diləyirəm.
Ya Fatimətuşfəi li fil-cənnəti, fəinnə ləki indəllahi şə'nən minəş-şə'n
يا فاطِمَةُ اِشْفَعى لى فِى الْجَنَّةِ فَاِنَّ لَكِ عِنْدَاللهِ شَأْناً مِنَ الشَّأْنِ
Ey Fatimə, mənim behiştə getməyim üçün Allah yanında vasitəçilik et, çünki Allah yanında məqamlar içində sənin məxsus məqamın vardır.
Əllahummə inni əs'əlukə ən təxtimə li bis-səadəti, fəla təslub minni ma ənə fihi və la həvlə və la quvvətə illa billahil-Əliyyil-Əzim
اَللّْهُمّ اِنّى اَسْئَلُكَ أَنْ تَخْتِمَ لى بِالسَّعادَةِ فَلا تَسْلُبْ مِنّىِ ما أَنَا فيهِ وَ لا حُولَ وَ لا قُوَّةَ إِلاّ بالّله الْعَلِىِّ الْعَظيمِ
İlahi, Səndən xoşbəxt sonluq diləyirəm və məni tutduğum yoldan ayırma. Uca mərtəbəli və əzəmətli Allahdan qeyrisi üçün heç bir qüvvə, qüdrət yoxdur.
Əllahumməstəcib ləna və təqəbbəlhu bikərəmikə və izzətikə və birəhmətikə və afiyətik
اَللّهُمَ اسْتَجِبْ لَنا وَ تَقَبَّلْهُ بِكَرَمِكَ وَ عِزَّتِكَ وَ بِرَحْمَتِكَ وَ عافِيَتَكَ
İlahi, Öz kərəmin, izzətin, rəhmətin və afiyətinə xatir istəklərimizi müstəcab və qəbul et.
Və səlləllahu 'əla Muhəmmədin və alihi əcməinə və səlləmə təslima
وَ صَلَّى اللهُ عَلى مُحَمَّدٍ وَ آلِهِ أَجْمَعينَ وَ سَلَّمَ تَسْليما
Mühəmməd (s) və onun bütün Əhli-beytinə salam və salavat göndər.
Ya Ərhəmər-Rahimin
يا أَرْحَمَ الرّاحِمينَ
Ey Mərhəmətlilər Mərhəmətlisi!
Biharul ənvar c 99, səh 266