Həm ötən əsrlərdə yaşamış, həm də müasir dövrə aid olan onlarla müsəlman alim öz əsərində İmam Musa Kazimin (ə) övladlarından bəhs açarkən Həkimə xatunun adını qeyd etmişdir. Bu alimlərin bir qismi yalnız İmamın (ə) övladları arasında “Həkimə” adlı qızın olduğunu yazmaqla kifayətlənmiş, bəziləri onun iştirak etdiyi hadisələrə və rəvayət etdiyi hədislərə toxunmuş, bəziləri hətta dəfn yeri barədə qısaca məlumat vermişlər.
İmam Kazimin (ə) övladları sırasında “Həkimə” (və onunla yanaşı Fatimətus-suğra) adlı qızın olması təsdiq edilmiş, amma haqqında heç bir əlavə məlumat verilməmiş mənbələrə bunları misal göstərə bilərik:
1. Şeyx Müfid, “əl-İrşad fi mərifəti hucəcillahi əlal-ibad”, 2-ci cild, səh. 244.
2. Sibt ibn Covzi, “Təzkirətul-xəvas”, 2-ci cild, səh. 469.
3. Fəzl ibn Həsən Təbərsi, “İlamul-vəra li-əlamil-huda”, səh. 312.
4. Fəzl ibn Həsən Təbərsi, “Tacul-məvalid fi məvalidil-əimməti və vəfəyatihim” (“Məcmuətun nəfisə fi tarixil-əimmə” məcmuəsi), səh. 96.
5. Əhməd ibn Abdullah Bərqi, “Ricalul-Bərqi”, səh. 384.
6. Muhəmməd ibn Cərir Təbəri, “Dəlailul-imamə”, səh. 309.
7. İbn Şəhr Aşub Mazandarani, “Mənaqibu Ali-Əbi Talib”, 4-cü cild, səh. 350.
8. Əbülhəsən Əli Beyhəqi (İbn Funduq), “Lubabul-ənsab vəl-əlqab vəl-əqab”, 1-ci cild, səh. 394.
9. Əbülhəsən Əli ibn İsa İrbili, “Kəşful-ğummə fi mərifətil-əimmə”, 3-cü cild, səh. 29.
10. Əllamə Hilli, “əl-Mustəcad min kitabil-İrşad”, səh. 208.
11. Kəmaləddin Muhəmməd ibn Təlhə Şafii, “Mətalibus-suul fi mənaqibir-Rəsul”, səh. 293.
12. İbn Xəşşab Bağdadi, “Tarixul-əimmə və vəfəyatihim”, səh. 223.
13. Həsən ibn Muhəmməd ibn Həsən Qummi, “Tarixi-Qum”, səh. 287.
14. Yəhya ibn Əbdüllətif Hüseyni Qəzvini, “Lubbut-təvarix”, səh. 26.
15. Seyid Muhəmməd Kazim Yəmani, “ən-Nəfhətul-ənbəriyyə fi ənsabi xeyril-bəriyyə”, səh. 63.
16. Seyid Nemətullah Cəzairi, “əl-Ənvarun-numaniyyə”, 1-ci cild, səh. 351.
17. Seyid Mühsin Əmin, “Əyanuş-şiə”, 2-ci cild, səh. 5-6 (digər müəlliflərdən nəql etməklə).
18. Hüseyn Şeyx Hadi Qərəşi, “əl-Həqaiqun-natiqə fi zəraril-əimmətit-tahirə”, səh. 180.
19. Şeyx Abbas Qummi, “Muntəhəl-amal”, 2-ci cild, səh. 318.
20. Seyid Muhəmməd ibn Əbdülkərim Təbatəbai, “Risalətun fi tarixil-məsuminəl-ərbəətə əşər”, səh. 167.
21. Şeyx Muhəmməd Təqi Tustəri, “Təvarixu əlamil-hidayə ən-Nəbiyyi və alih”, səh. 126.
22. Şeyx Zəbihullah Məhəllati, “Rəyahinuş-şəriə” (alim qadınların tərcümeyi-halı), 4-cü cild, səh. 149.
23. Zamin ibn Şədqəm Hüseyni Mədəni, “Muxtəsəru tohfətil-əzhar və zulalin-ənhar”, səh. 575.
24. Abdullah Əhməd Yusif, “Sirətul-İmam Musa əl-Kazim”, səh. 23.
25. Əli Musa Kəbi, “əl-İmam Musa əl-Kazim: sirətun və tarix”, səh. 99.
26. Seyid Əli Aşur, “Movsuətu Əhlil-beyt: sirətul-İmam Musa bin Cəfəril-Kazim”, səh. 8.
27. Adil Əbdürrəhman Bədri, “əl-İmam Musa bin Cəfər: şəmsun fi zulumatis-sucun”, səh. 319.
28. Mahmud əs-Seyf, “əl-İmam Musa əl-Kazim: əzvaun min sirətihi”, səh. 31.
29. Əhməd ibn Hüseyn Übeydan, “əl-Muxtəsər vəl-mutəbər min təvarixil-məsuminəl-ərbəətə əşər, səh. 106.
30. Muhəmməd Muhəmmədi İştihardi, “Sirətul-məsumin” (Muntəqad-durər), 2-ci cild, səh. 415.
31. Seyid Hüseyn Musəvi Safi, “Umməhatul-əimmətil-məsumin”, səh. 125 (Şeyx Müfidin “İrşad” kitabına istinadən).
Şeyx Macid Zibeydi “Əbna və əhfadul-əimmə” kitabında İmam Musa Kazimin (ə) övladları sırasında Həkimə xatunun adını çəkdikdən sonra onun haqqında qısa məlumat vermişdir. Burada müəllif Həkimə xatunun İmam Təqinin (ə) doğuluşunda iştirak etdiyini, Bəhbəhan yolunda ona aid edilən məzarın olduğunu xatırladaraq M.H.Əmininin “Fatimə bintəl-İmamil-Kazim” kitabında yazılanları nəql edir. Diqqətəlayiq məqam budur ki, Ş.M.Zibeydi də M.H.Əmini kimi Həkimə xatunun uzun ömür yaşadığını qeyd etmişdir.¹
- Şeyx Macid Zibeydi, Əbna və əhfadul-əimmə, s. 337-338
- Natiq Rəhimov - Bibiheybət