Buzovna qəsəbəsində yerləşən bu ziyarətgah dəniz kənarında, qayalıq ərazidə tikilib. Rəvayətə görə bir nəfər yuxuda İmam Əlini (ə) görmüş, yuxudan oyandıqdan sonra kənd sakinləri o yerdə qayanın üzərində İmam Əlinin (ə) ayaq izini aşkar etmişdilər. Hələ çar Rusiyası zamanında, 1861-ci ildə bura ziyarətgah statusunu əldə etmişdi. Əli ayağı kompleksinə qədəmgah və böyük məscid daxildir.¹ Sovet hakimiyyəti illərində ziyarətgahı dağıtmağa bir neçə dəfə cəhd edilsə də, kənd sakinlərinin müqaviməti nəticəsində bu cəhdlərin qarşısı alınmışdır.
Zığ kəndində də İmam Əliyə (ə) aid edilən (bəzi rəvayətlərə görə onun dəvəsinin ləpiri sayılan) qədəmgah mövcuddur.²
¹. Azərbaycan: İslam mədəniyyətinin incisi, s. 116-117
M.X.Nemət, Azərbaycanda pirlər, s. 174-179
Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası, s. 62
Həşim Həsənoğlu, Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri, övliyaları, s. 25-28
². Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası, s. 59
Natiq Rəhimov - BibiHeybət kitabı