Beşbarmaq ziyarətgahı

Xızı rayonun ərazisində təbiətin yaratdığı ən ifadəli abidələrdən biri - ecazkar formalı "Beşbarmaq" dağı yerləşir. Qədim karvan yolu üzərində qorxunc bir tərzdə uzadılmış daş əli xatırladan qayanın qeyri-adi cizgiləri yolçuları uzaqdan valeh edir. Bu dağın "Beşbarmaq" adlanması da bununla bağlıdır. Bu dağ ilə çoxlu rəvayətlər və əfsanələr bağlıdır. Rəvayətə görə Xızır peyğəmbər burada olmuşdur. Dağın lap zirvəsində qayalar arasında "Xıdırzində" ("Ölməz Xızır") ziyarətgahı yerləşir. Yaxınlıqda VIII əsrin ortalarında ucaldılmış Beşbarmaq qülləsi də var.

Paylaş:
Ziyarətnamə