MirMöhsüm ağa ziyarətgahı

Mirmövsüm ağa ziyarətgahı Bakı şəhərinin Şüvəlan qəsəbəsində yerləşir. Bu şəxsin əsl adı və soyadı Mirböyük Ağa Mirabutalıb oğlu Mirmövsümzadədir. Atası Mirabutalıbın soy-kökü VII imam Museyi-Kazıma (ə) bağlanır. Ulu babaları Kərbəlada doğulmuşdur. XIX əsrin axırlarında Mirabutalıb ağa Azərbaycana köçür. Ağanın 3 oğlu və 3 qızı olub. Oğullarından Mirmövsüm ağa 1883-cü ildə İçərişəhərdə anadan olmuşdur. Ağa xəstə olduğu üçün bacısı Qönçə-Səkinə xanım ailə həyatı qurmamış, ömrü boyu qardaşına xidmət etmişdir. Məhz bacısının vəfatına dözə bilməyən Mirmövsüm ağa da az müddətdən sonra - 1950-ci ildə haqq dünyasına qovuşmuşdur. İndi möhtəşəm ziyarətgahlardan olan Mirmövsüm ağa ziyarətgahı zəvvarların pənah apardığı ən müqəddəs yerlərdən biridir.

Paylaş:
Ziyarətnamə