Şamaxı şəhərində yerləşən bu ziyarətgahda İmam Zeynülabidinin (ə) övladlarından Əllamə Seyid Muhəmməd Saleh Müdərrisin dəfn olunduğunu deyirlər. Ziyarətgahın binası 1370-ci ildə tikilmiş, sonralar bir neçə dəfə təmir və yenidənqurma işləri aparılmışdır. 1910-17-ci illər arasında məşhur memar Zivər bəy Əhmədbəyov Şamaxı imamzadəsinə növbəti dəfə tərtibat vermişdir. Lakin cəmi bir ildən sonra ermənilər ziyarətgahı, ora pənah gətirmiş dinc müsəlmanlarla birlikdə yandırdılar. 1991-ci ildə imamzadə ziyarətgahı yenidən xalqın ixtiyarına verildi.
Azərbaycan: İslam mədəniyyətinin incisi, s. 304-305
Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası, s. 304